Nazirlikdən «Təzadlar»ın yazı-sorğusuna verilən 12 dekabr 2025-ci il tarixli, 3-14-26-2-2415-2024 saylı cavab məktubunda deyilir:

«“Təzadlar” qəzetindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş “Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Əjdər Xanbabayev və Qədirli küçələrində aparılan söküntü işləri zamanı ekoloji normaların pozulması” məzmunlu müraciətlə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Əjdər Xanbabayev və Qədirli küçələrində yaşayan sakinlər tərəfindən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış “Yaşadıqları ərazidə aparılan söküntü işləri zamanı ekoloji təhlükəsizlik qaydalarına əməl olunmadığı, tullantıların ərazidən daşınmadığı, ətraf mühitə və sakinlərin sağlamlığına vurulan ziyan” kimi eyni məzmunlu daxil olmuş müraciətlə əlaqədar İdarə əməkdaşları tərəfindən şikayətçi Firdovsi adlı şəxsin iştirakı ilə yerində araşdırma aparılmışdır.

 Araşdırma müddətində əraziyə keçirilmiş baxış zamanı söküntü işlərinin 1 il öncə aparıldığı və formalaşan tullantıların yerində qaldığı müəyyən edilmişdir.

 Araşdırma ilə əlaqədar Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış sorğuya cavab olaraq sözügedən əraziyə nəzarətin 64 saylı Mənzil Kommunal İstismar Sahəsinə tapşırıldığı bildirilsə də, 64 saylı MKİS-in rəhbərliyi tərəfindən həmin işlərin onlara tapşırılması barədə heç bir rəsmi sənəd olmadığı bildirilmişdir.

 Araşdırma zamanı sözügedən küçələrdə söküntü işlərinin tam aparılmadığından və mövcud olan evlərdə yaşayış olduğundan yaşıllıqların qeydiyyatının aparılması, həmçinin ərazidə aparılan işlərin hansı qurum və yaxud şirkət tərəfındən aparılmasını müəyyənləşdirmək mümkün olmamışdır.

Davud Əhmədov,

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən».

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN