Dünya mediası bir müddətdir Trampın Putinlə görüşəcəyi günün sıbrsizliklə gözlənildiyini yazır...
Nəhayət, ABŞ-nin yeni prezidenti Donald Tramp Vladimir Putinin onunla görüşmək istədiyini və hazırda bu görüşə hazırlıq getdiyini açıqlayıb. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bunu respublikaçı Floridadakı Mar-a-Laqo iqamətgahında həmpartiyalı qubernatorlarla görüşdən əvvəl söyləyib. Siyasətçi sözügedən görüşün nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib. Sitat: “O, görüşmək istəyir və biz isə bunu təşkil edəcəyik... Bu yaxın zamanlarda baş tutmalıdır...".
Tramp da jurnalistlərin suallarını cavablandırarkən belə deyib, O görüşün harada keçiriləcəyini və prezidentlərə Çin sədri Si Cinpinin qoşula biləcəyinə də aydınlıq gətirməyib. "Çox sayda insanla bir çox görüşlərimiz planlaşdırılıb, amma mən 20 yanvara qədər bunu gözləyirəm”.
Eləcə də Tramp açıq şəkildə və qətiyyətlə deyib ki, Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılmalıdır.
İndi Rusiyada da bu görüşü səbrsizliklə gözləyirlər. Müharibə isə davam edir.
A.Məmmədli