Giya Paçxataşvilinin poeziyamıza olan sevgisinin ölçüsü belə yoxdur...
Milli ruhun həyat gedişində, Zamanın həyat karvanında öz yerini tutan Giya Paçxataşvilinin ədəbi mövqeyi onu mətinləşdirir. Ədəbi və ictimai təşkilati bacarıq Giya Paçxataşvilini yaradıcı insan kimi fərqləndirir dostlarından.
Birinci qrup gözdən əlil şairə Ülkər Atəşin Giya Paçxataşviliyə ithaf etdiyi, “Ağ adam" şerinin böyük həyati ruhi dəyəri var.
Eşitdim ki, dünyaya
qar yağanda gəlmisən,
Saçlarına ağappaq
nur yağanda gəlmisən...
Həyat sənə nə verdi,
həyat səndən, nə aldı?
Yazılmayan kitabsan,
çox düşünmə bunları.
Özün cavabsız qalan
suallara cavabsan...
Axan şəlalətək gah
çağladın, gah da çoşdun!
Tale insanın getdiyi ömür yolunun şəffaf, həm də keşməkeşli yaşantısıdır...
İnsanın kamilliyi, onun həyat düşüncəsinin ruhaniyyətinə bağlılığı ilə müəyyənləşərək, həyatın ömür zərurətini yaradır. Şəxsiyyətin yetişdirilməsi üçün həyatın zaman axışı, öz həyati düşündürücülüyünü bəlli edir.
Giya Paçxataşvilinin ədəbi yaradıcılığındakı dönüş şairin könül duyğularının həyat ahəngini üzə çıxardır. Ülkər Atəşin şerində də Giya Paçxataşvilinin həyat obrazı ustalıqla yaradılır.
Taleyindən küsəndə
Qələminlə danışdın…
"Ata -ana" deyəndə
bu yurd verdi hay sənə.
"Şairlik" bir nemətdir,
Allah verdi pay sənə.
Gözəlliklər qatırsan
varlığınla hər şeyə...
Göylərə çox yaxınsan –
əllərini uzatsan
gedib toxunar Göyə,
Sənin bu xoş günündə…
Söz çələngi, insan ruhunun həyati istəyini doğrulayır...
Həyatın ülviyyəti, insanın yaşam döngüsünün həyat aynasında öz gözəlliyini ortaya qoyur. Həyati sıxıntıların mənəvi həlli daima insanın psixikasının həyat anlayışının gedişini göstərir.
Giya Paçxataşvilinin ədəbi mövqeyi, onu ədəbi aləmin sevilib-sayılan zəhmətkeş söz ustasına çevirib. Tərçüməçilik işi ən ağır ədəbi iş olsa da, Giya Paçxataşvili dünyası öz həyat düşüncəsi ilə və ruhu ilə könüllərə daşıyır həyat sevdasını.
Heç bilmirəm nə deyim?
qəlbin sevinsin deyə, -
Gəl bu şeri gül kimi
verim sənə, hədiyyə !
Gül versəm, güllər solar,
qardaş, şair adamsan –
O da sənə dərd olar.
Elə şeir yaxşıdır…
Məndən yadigar qalar.
Neçə-neçə sınaqda
Ölümə qalib gəlib,
Ey dirilən, sağ adam!
Qəlbin həyat sevgisi insan ruhunun həyati qayğılarının diriliyidir...
Həyati sıxıntıların mənəvi həlli daima insanın yaşam döngüsünün həyat ehtirasını açığa çıxardır. Həyati düşüncənin psixoloji halı, insan hisslərinin dolğunluğunu əks etdirir. Giya Paçxataşvilinin ədəbi mövqeyi onun Sənət dostunun sevgi dolu qəlbində özünə yer tutub.
Sözdən çələng toxunub
gülə dönən bağ adam.
Sənətiylə ucalan
Başı qarlı dağ adam!
Təbrik edirəm səni,
mübarəksən, Ağ adam...
Mübarəksən-
Ağ adam!
Müəllif: birinci dərəcəli gözdən əlil Ülkər Atəşi.
Sözün ruhu həyat düyünlərini açmağa yönəldir insanı…
Qəlbin ruhi dərinliyindəki sevginin gücü, insanın fikir duyğusallığının ictimai xarakterini üzə çıxardır. Həyati hikmətin sirri, insanlığın həyat dərdlərinin metaforasını yaradır. Giya Paçxataşvilinin şeir dünyası – insanlığın dünyasıdır. Şairin poeziyasının özünəməxsus ədəbi-üslubi xüsusiyyətləri olduğu kimi, etdiyi tərcümələrin də ədəbi keyfiyyəti olduqca yüksəkdir Giya Paçxataşvilinin. Ədəbi mövqeyi – Zamanın həyat gedişində öz yerini tutur və həmişə də özünü doğruldacağına inam yaradır.
Uğurlar arzulayıram şair qardaşıma.
P.S. Giya Paçxataşviliyə öz dərin təşəkkürümü ona görə bildirirəm ki, o, sənətə və sözə yüksək dəyər verir. Şair mənə telefon açaraq, öz ürək sözlərini deməklə, məndə qibtə hissi yaratdı.Giya Paçxataşvilinin söz dünyası bir ümmana bənzəyir. Bu ümman sözün fəzilət ümmanıdır!
Nəsib Abid,
tədqiqatçı-filoloq