Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Göyçay rayon Mərkəzi Kitabxanası və Mədəniyyət Mərkəzinın təşkilatçılığı ilə Göyçay rayon Mədəniyyət Mərkəzində

müasir Azərbaycan  uşaq  ədəbiyyatının görkəmli nümayəndəsi, Prezident təqaüdçüsü, Həsən bəy Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Gülzar İbrahimova ilə görüş keçirildi.

 Göyçay rayon MKS-inin direktoru v.m.i.e. Nazlı Əhmədova qonağı salamladı və görüşün vacibliyini vurğuladı. Sonra Gülzar İbrahimova yaradıcılığındakı yeniliklərdən danışdı. Təbrizdə yeni nəşr olunmuş “Qarabağ xalçasının sirri” və “Qəddar ovçu” nağılları barədə məlumat verdi. Sonra yazıçı Kahramanmaraşda baş vermiş zəlzələyə aid yazdığı povest haqqında oxuculara məlumat verdi, yeni şeirlərini oxudu.

Məktəblilər və bağça uşaqları yazıçının şeir və sözlərinə yazılmış mahnıları ifa etdilər. Görüş balacalar üçün əsl bayrama çevrildi. Yuxarı sinif şagirdləri “Qədim Azərbaycan” müsabiqəsində iştirak edərək, hədiyyə və diplom qazandılar.

Tədbirin sonunda Fəxri mədəniyyət işçisi, Yasamal rayon  MKS-inin direktoru  Lətifə Məmmədova çıxış edərək, belə tədbirlərin tez-tez keçirilməsinin zəruri olduğunu vurğuladı. O qeyd etdi ki, bu tədbirlər azyaşlıların kitaba sevgisini artırır, oxucunu kitabxanalara, kitaba yaxınlaşdırır, mütaliə mədəniyyətini formalaşdırır.    

Yazıçı G.İbrahimova qələm yoldaşı, müəllimi, uşaq yazıçısı Əli Səmədlinin adını daşıyan Arvan şəhər memorial kitabxana filialını ziyarət etdi, Fəxri kitaba dostu haqqında ürək sözlərini yazdı. Yazıçı yeni kitablarını Göyçay rayon MKS-inə hədiyyə etdi.

Görüşdə rayon mədəniyyət müəssisələrinin əməkdaşları, ziyalılar, 1, 3 və 4 №-li musiqi məktəbinin şagirdləri və Ş.Qurbanov adına 11 №-li uşaq bağçasının tərbiyyəçi və uşaqları, oxucular iştirak etdilər.

Tədbirdə Gülzar İbrahimovanın yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

 Y.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN