Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 5,5% artaraq 37,2 milyard manat təşkil edib.
TEZADLAR.AZ bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, ötən il büdcənin xərcləri isə 6.5% artaraq 37,7 milyard manata yüksəlib.
Qeyd olunub ki, 2024-cü ildə dövlət büdcəsinin profisiti 555,5 milyon manat təşkil edib.