Xanım tələbələrimizə afərin! BANM tələbələri KOBİA-nın VI qrant müsabiqəsinin qalibi oldu və 15,250.00 AZN qazandılar!
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
Layihə tullantı qida yağlarını iki mərhələli sintez prosesi ilə ekoloji cəhətdən təmiz və sağlam təmizləyici materiallara çevirir. Bu innovativ yanaşma kimyəvi maddələrin istifadəsinin azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verərək, davamlı və ekoloji təmiz məhsulların istehsalına imkan yaradır.
Layihənin elmi rəhbəri, İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir. Tələbələrimizi və Elmar müəllimi təbrik edir, qürur duyuruq!", - deyə rektor qeyd edib.
JASMİN