Bugünkü yazımızda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyevin iş fəaliyyəti və dövlətçilik siyasətindəki rolu haqqında əldə etdiyimiz məlumatları oxucularımızla bölüşmək istədik. Çünki mediada rayon rəhbərlərinin həmişə tənqid hədəfində olduğunun şahidiyik. Amma indi Suraxanıya uzun illər polis orqanlarında, sonralar parlamentdə məsul vəzifələrdə çalışmış, millət vəkili olmuş Adil Əliyev rəhbər təyin olunub.

Az bir müddətdə rayondan elə redaksiyamıza da daxil olan xoş müşdəli xəbərlərlə üz-üzəyik. Deməli, sənaye rayonu olan Suraxanıya keçmiş ənənələrinin qayıdışı baş verməkdədir…

Adil Əliyev kimdir, dövlətçilikdə və siyasətində hansı rola malikdir?

Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

O, 1987-ci ildə Bakı idman təmayüllü məktəbi bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını, 1998-ci ildə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994-2003-cü illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə - Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb.

2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

2005–2010-cu illərdə  Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

adil-aliyev-8

2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.

2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.

2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir.

9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış  və VI çağırış üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini və Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir.

Adil Əliyev 2000-ci ildə "Polis əlaçısı" fəxri adı (2000) və 20 iyun 2020-ci il tarixdə"ehtiyatda olan polkovnik" rütbəsi və “İgidliyə görə medalı” ilə tətif edilmişdr.

Adil Əliyev Azərbaycan Kikboksing Federasiyasının fəxri prezidentidir.

Adil Əliyev eyni zamanda general-polkovnik, hazırda isə Azərbaycanın Respublikasının Belarusda fövqəladə səlahiyyətli səfiri (2023-cü ildən etibarən) vəzifəsində çalışan Məhərrəm Əliyevin və mərhum polis polkovniki Allahverdi Əliyevin qardaşıdır.

Ailəlidir, üç övladı var.

***

adil-aliyev-4

Adil Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2024-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyətinin başçısı təyin edilmişdir. O, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyətinin başçısı təyin olunduğu gündən vəzifəsinin öhdəsindən layiqincə gələrək rayon sakinlərinin sevimlisinə çevrilmişdir. O, mütəmadi olaraq vətəndaş qəbulu və səyyar görüşlər keçirir, sakinlərin problemləri ilə yaxından tanış olaraq məsələni yerindəcə həll edir. Belə ki, icra başçısı Hövsan qəsəbəsində yerləşən 76 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib, Suraxanı, Hövsan, Bülbülə, Əmircan, Zığ qəsəbələrində, Xəzər və Sabunçu rayonlarında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib, şəhid və qazi ailələri ilə görüşüb, eyni zamanda Yeni Günəşlinin “V” yaşayış sahəsində yaşayan Natiq Məmmədovun ailəsində dünyaya gəlmiş üçəm övladlarını ziyarət edib və onları təbrik edib.

Dekabrın 25-də  AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Suraxanı rayon sakinləri 1990-cı il təvəllüdlü Mustafayev Faiq Yurik oğlu və 1977-ci il təvəllüdlü Əhmədov Rəşad Həsən oğlunun dəfn mərasimində Suraxanı rayon İcra Hakimiyətinin başçısı Adil Əliyev icra nümayəndələri və hüquq-mühafizə orqanalarının səlahiyyətliləri ilə birlikdə iştirak edib.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55-ci il dönümünə həsr olunmuş “Dövlətə və xalqa xidmətin ali meyarı Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri” adlı tədbirində iştirak edib.

18 yanvar 2025-ci il tarixdə Suraxanıda 20 Yanvar faciəsinin 35-ci il dönümü, eyni zamanda yanvarın 20-də “20 Yanvar” faciəsinin il dönümü ilə əlaqədar keçirilən tədbirlərdə Suraxanı rayon İcra Hakimiyətinin başçısı Adil Əliyev, müavinləri, aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri və qazilər Şəhidlər Xiyabanını ziyarət ediblər.

aa4

Vəzifəyə gəldiyi gündən etibarən rayonun və vətəndaşların problemlərini həll edən Adil Əliyev sakinlərin hörmət və ehtiramını qazanıb. Sakinlər onu yetimlərin atası, kasıbın dostu, şəhid analarının övladı, qazilərin qardaşı adlandırırlar.

Bir jurnalist kimi dünən Suraxanı rayonunda oldum. Orada Adil Əliyevin göstərişinə əsasən rayonda aparılmış təmir-tikinti, yenidənqurma və abadlıq işləri ilə yaxından tanış oldum, hətta qarşılaşdığım bir neçə sakinlə ayaqüstü söhbət apardım. Sakinlərin hər biri Adil Əliyevin gördüyü işlərdən danışaraq bildirdilər ki, Suraxanı rayonunda bu günə qədər onun kimi vətənini, xalqını sevən məmur olmayıb. Həmçinin, sakinlər bildirdilər ki, Adil Əliyev vəzifəyə təyin olunduğu gündən etibarən onun qapısına gedən heç bir vətəndaş naümid qayıtmayıb, problemləri qanun çərçivəsində öz həllini tapıb.

Söhbətlərdən anladığım qədəri ilə vəzifəyə gəldiyi gündən etibarən rayonun və vətəndaşların problemlərini həll edən Adil Əliyev sakinlərin hörmət və ehtiramını qazanıb. Sakinlər onu yetimlərin atası, kasıbın dostu, şəhid analarının övladı, qazilərin qardaşı adlandırırlar.

Elə isə problem nədir? Nəyə görə sosial şəbəkələrdə Adil Əliyevin hədəf seçilməsi kimi fikirlər səsləndirilir? Bütün bunlar qarayaxma kampaniyalarıdır, yoxsa nə? Axı Adil Əliyev cəmi 5 aydır Suraxanı rayonunun icra başçısı seçilib. Bu müddət icra başçısı olan dövlət məmurunun fəaliyyətinə qiymət vermək üçün çox az vaxtdır. Onun icra başçısı kimi fəaliyyətinə qiymət vermək üçün ən azı 1 il vaxt keçməlidir.

Məqamında bildirmək istəyirəm ki, bu tipli qarayaxma kampaniyaları Adil Əliyevin Milli Məclisin deputatı və sədr müavini olduğu dövrlərdə də baş vermişdir. Baxmayaraq ki, Adil Əliyev hər zaman Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən sədaqətli kadr kimi tanınıb. Ona görə də həm Azərbaycan vətəndaşı, həm də jurnalist olaraq bu kimi suallar məni çox düşündürür. Doğrudanmı Adil Əliyevə qarşı növbəti qara piyar təşkil olunub? Əgər bu baş verirsə bütün bunların arxasında kimlər var? Məqsəd nədir?

Bu kimi suallara Adil Əliyevin mövqeyini növbəti yazımızda dərc etməyə çalışacağıq.

Ardı var...

Rövşanə Nağıyeva

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN