Paşinyandan maraqlı açıqlama gəldi: "İrəvan Bakıya dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir, müvafiq təklif Azərbaycan tərəfinə göndərilib".

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında belə deyib. Paşinyan təklifində həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alındığını dilə gətirib: "Biz Azərbaycana kommunikasiyaların açılması məsələsinin konkret həll yolunu təklif etmişik. Burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Bu mövqeləri nəzərə almaqla, biz Bakıya Azərbaycanın qərb rayonlarından Ermənistanın Mehri şəhəri vasitəsilə Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatı ilə yük daşımalarına başlamağı təklif edirik".
Onun söylədiklərindən belə başa düşülür ki, rəsmi İrəvan Bakıya Naxçıvan ərazisindən keçməklə Mehriyə dəmir yolu ilə yük daşımalarına başlamaq fikrindədir. Sitat: "Gələcəkdə, müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik".

Hər halda, bu dəlidən doğru xəbərdir... Amma həm də eşit, hələki inanma! Çünki Paşinyan gündüz dediyini axşam danır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN