2 yaşlı Misirova Zərif Pərviz qizi uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkir. Vəziyyəti çox ağırdır. Hal-hazırda B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun xəstəxanasında 205-ci palataya yerləşdirilib.

Azyaşlının ailəsindən Tezadlar.az-a verilən məlumata görə, uşağın vəziyyəti günü-gündən pisləşir. Həkimlər Zərifin təcili olaraq mülicəsinin başlanılmasının vacibliyini bildiriblər. Körpənin müalicəsi Azərbaycanda və Türkiyədə mümkündür. Lakin bu müalicə üçün Zərifin ailəsinin maliyyə yardımına ehtiyacı var. Belə ki, müalicə və donor üçün 100 000$ vəsait tələb olunur. Ailənin isə buna heç cür maddi imkanı yoxdur.

Çarəsiz vəziyyətdə qalan ailə Tezadlar.az vasitəsi ilə xeyriyyəçi və imkanlı şəxslərə müraciət etmək məcburiyyətində qalıblar: "Azərbaycanın xeyriyyəçi, imkanlı oğulları, qızımızın sizlərin dəstəyinə ehtiyacı var. O, hələ çox kiçikdir və xeyli müddətdir ki, bu amansız xəstəliklə mübarizə aparır. Əziz Azərbaycanın xeyriyyəçi, mərd oğulları! Tanrı sizləri əsla övladlarınızla imtahan etməsin. Hansı ki, bu gün biz çarəsiz halda o imtahanla üz-üzəyik. Xəstəxanada olsaq da, maddi vəziyyətlə əlaqədar olaraq müalicənin mükəmməl həyata keçirilməsi mümkün deyil. Bu səbəbdən övladımız günü-gündən gözlərimizin önündə əriyir. Bütün bunları görmək isə biz valideynlər üçün ölümdən də betərdir. Allah bu hissi heç bir valideynə yaşatmasın. Odur ki, sizlərdən Allah rizası üçün övladımızın yaşamasına maddi dəstəyinizi əsirgəməməyinizi acizanə rica edirik".

REDAKSİYADAN: balaca Zərifə maddi köməklik etmək istəyən hər bir kəs bu telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: 0773041194

zerif-1

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN