Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bəyan edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko ilə mübahisə edəcək heç nə yoxdur və o, artıq bunu etmək istəmir.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.

"Lukaşenko ilə müzakirəm başa çatıb", - o deyib.

Yanvarın 26-da Lukaşenko bildirib ki, Paşinyan Avropa İttifaqı ilə flört edərək ölkəsini məhv edir. Belarus liderinin sözlərinə görə, hazırda Paşinyan Rusiyanı özünə qarşı yönəldir.

Dekabrın sonunda Leninqrad vilayətində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti zamanı Ermənistanın baş naziri ilə Belarus prezidenti arasında şifahi atışma olub. Buna səbəb Ermənistan nümayəndə heyətinin Aİİ-nin Minskdə keçiriləcək növbəti sammitində iştirakı olub. Paşinyan uzaqdan iştirak edəcəyini deyib, Lukaşenko isə cavab verib ki, “zərurət yaranarsa, nümayəndə heyətinin çatdırılmasını təşkil edə bilər”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN