İndi dünya siyasətçiləri Trampdan Rusiyanın Ukraynaya qarşı apardığı əsassız və ədalətsiz müharibəyə nə vaxt son qoyacağı addımını gözləyir...

Və Vladimir Putin də bilə- bilə ki, Ukrayna ABŞ- ın fitvasına gedib, əsas baiskar və qızışdırıcı ABŞ- dır, amma gücü "eşşəyə" çatmadığından, "palan"ı döyəcləyir...
XXX
Beləliklə, "Təzadlar" CNN- ə istinadla bildirir ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, o, yaxın 100 gün ərzində Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında müəyyən irəliləyişin əldə ediləcəyini dilə gətirib. Sitat: "Demək istərdim ki, söhbət illərdən yox, aylardan gedir. İnanmaq istəyirəm ki, biz qısa müddətdə nəyəsə nail ola bilərik. Qısamüddətli deyəndə nəyi nəzərdə tuturam? Mən bunu artıq verilişlərinizin birində demişəm, daha doğrusu “Fox News”da. Mən 100 gündən sonra harada olduğumuzu müəyyən etmək istərdim: ya atəşkəs mərhələsində, ya da sülh mərhələsində. Məncə, hər şey məqsədə çatmaq sənəti ilə bağlıdır. Bu, prosesin dörd il uzandığı Əfqanıstanda gördüyümüz kimi olmamalıdır. Hər iki tərəf üçün qısamüddətli həll olmalıdır, ancaq onlar üçün deyil. Bu, ABŞ üçün yaxşıdır, dünya üçün faydalıdır".

Təki elə olsun! Bunu isə Ukraynadan da çox Rusiya əhalisi istəyir!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN