...Çinlilər əhali sayından söz düşəndə və biləndə ki, Azərbaycan əhalisinin sayı təxminən 11 milyondur, deyirlər: "Sizdə hamı qohum-əqrabadır ki!"

Bu məntiqlə, Azərbaycanda dərinə gedəndə Naxçıvandan, Qarabağdan, Gəncədən, Qərbi Azərbaycandan, Lənkəran-Astaradan, Quba-Qusardan, Şamaxı-İsmayıllıdan... olanları bir yerə yığsaq, hamı bir-birinə qohum çıxacaq. Məsələn, bildiyim qədər, Naxçıvanda Qarabağlılar kəndi var, Qazaxda Ağdam kəndi, Qarabağda Talış kəndi və s. bunlara sübut deyilmi?!

Sözümün mənası var: bəzən yurd-məkan mənsubiyyətinə görə insanlara ayrı-seçkilik edilməsi ilə bağlı söz-söhbətlərin şahidi oluruq. Amma düşünürəm ki, bunu edən bilməməzdikdən, naşılıqdan və ya korazehinlikdən... edir! Azərbaycana "ANAMIZ!" deyiriksə, demək, hamımız onun övladlarıyıq. Elə isə, bu 11 milyonluq övladlara ayrı-seçkilik etmək, yolverilməzdir, düşmən dəyirmanına su ciləməkdir! 

Bu gün oxuduğum bir status bunları deməyə məcbur etdi. Belə ki, sevimli müğənnimiz, həqiqətən də məlahətli səsə sahib Nuriyyə Hüseynova sosial platformasında yazır: "...Bu gun mənə sual verdilər ki, Nuriyyə xanım, siz Heydər Əliyev sarayında keçrilən Muğam konsertində niyə yoxsunuz? Səbəbini öyrəndim! Təşkilatcı dedi ki, Nuriyyə xanım, sən Şamaxılı və Qarabağlı deyilsən... NAXÇIVANLISAN!".

Mən də deyirəm: əgər o təşkilatçı bunu ciddi deyibsə, onun boyuna boz qatma ölçüm ki, belə düşüncə sahibidir!

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN