TV-lərimizin bəzi veriliş və aparıcıları var ki, bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan...
Tanınmış TV jurnalist Şöhrət El-Dəniz bununla bağlı maraqlı münasibətini ortaya qoyub. yazır: "...Xəstəliklə əlaqədar məcburi evdəyəm. Və inanın ilk dəfədir ATV-dən Zaurun verilişinə baxıram. Verilişdə bütün personajların əməlləri, baş verən hadisələr, danışılan mövzular konkret cinayət tərkiblidir. Və qanunla verilişdə iştirak edənlərin əksəriyyəti həbs olunmalıdır. Amma heç kim narahat deyil. Niyə? Hüquq mühafizə orqanlarının biganəliyinə inanmıram. Deməli, veriliş quramadır, personajlara konkret rol ayrılıb və saxta səhnələrlə tamaşaçını dolayırlar. Təki sonuncu dediklərim olsun. Yoxsa baxdıqca az qala infarkt keçirirəm ki, bu hadisə inkişaf edən, müasir, qanunların hökm sürdüyü Azərbaycanda baş verir, yoxsa uzaq Suriya çöllərində? Bu cür verilişlərlə cəmiyyətin intelekt göstəricisini müəyyən etmək olar. Cəmiyyət hardan hara gəlib... Başımız qarışıb siyasətə, çoxluğun başına nə oyun açılır bilmirik... Ya da elə doğrudan da Zaurun doladığı, göstərdiyi cəmiyyətik...".
Əlavə şərhə yəqinki ehtiyac yoxdur...
A.Məmmədli