...AYNA rəhbəri Anar Rzayev Prezidentin sədrliyi ilə keçirilən müşavirədə səthi məlumatlar verdi, guya maşınların çoxluğunun tıxaca səbəb olmasını bildirdi, amma demədi ki, Bakıda tıxacı yaradanların bir çoxu elə bu müşavirədə əyləşiblər... Demədi ki, Bakını uzun illərdir bu məmurların gözü qarşısında mərkəzə doğru göydələnləşdirirlər, bu indi də davam edir... ... İndi başlayıblar Bakıda iş yerlərinin qrafikini dəyişmək üstündə baş sındırmağa. Hamı bilir ki, Bakıda son iki ildə davam edən təxacların baiskarı həm də AYNA-dır. Çünki AYNA-çılar mövcud yolları daraldaraq velosiped və parklama zolaqlarına (hələ avtobusları demirik) ayırıblar. Aydın məsələdir ki, əvvəl 4 zolaqda hərəkət edənlər indi bir zolağa itələniblər. Bu isə tıxağın uzunluğunu 70 faiz uzatma deməkdir!
Yaxşı bəs Bakıda iş yerlərinin qrafiki dəyişdiriləndə AYNA hardan biləcək ki, kim hansı saatda yola çıxdı? Çətin məsələdir. Amma "Təzadlar" əla təkliflə çıxış edir: təklif edirik ki, məmurlardan biri məhbuslar üçün yaradılmış qolbaq istehsal edən şirkət açsın, orada bu avadanlıqdan buraxsınlar. Təxminən bizə hələlik 1 milyon lazımdır. sürücülər bu qolbağları avtomobillərinə taxırlar. Təbii ki, pullu olacaq. Bununla da qolbağ hesabına büdcəyə xeyli vəsait də daxil olacaq. Cərimələr kimi...
Beləliklə, kim yola tez çıxsa, 100 manat cərimə ediləcək. Məlumdur ki, heç kim bu sərt qaydaya tab gətirməyib (bəzilərinin isə qəfil işi çıxacaq, xəstəsi ola bilər, roddoma tələsən də istisna olunmur) yola çıxacaq. Dərhal telefonuna mesaj gələcək ki, "Siz 100 manat cərimə və 3 balla cəzalandırılmısınız. Endirim 5 manat". Bununla da büdcəyə görün nə qədər vəsait daxil olacaq!.
Bax belə...
A.Məmmədli