Bu gün Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın həbsinə münasibət bildirib...

Məlum olur ki, A.Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib. Belə ki, onlar vətəndaşların birindən 200 min, digərindən isə 189 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcələssinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.

***

...Qan qaraldan hal budur ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub. O, keçmiş icra başçısı Xaləddin İsgəndərovun başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb. 

Bəli, baxırsan, necə də ağıllı-savadlı və gözəl görkəmli, təmiz, üz-gözündən nur yağan xanımdır! "Tanış olun - Yeni Azərbaycan Partiyasını Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, özü də jurnalist ailəsində böyüyüb. YAP GB ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Təşkilatının birgə keçirdiyi “Bir millət-iki dövlət” mövzusunda konfransda əsas məruzəçilərdən olub. YAP-da ona tapşırılan iş gənclərin təlim-tərbiyəsi, habelə fəal həyat mövqeyinin formalaşdırılmasıdır. Daha doğrusu, olub, çünki Aytac xanım artıq həbs edilib, vəzifədən də, partiyadan da çıxarılıb. DİN xəbər verir ki, Aytac bacısı İlknur Əliyevayla birgə qızıl alveri adıyla iki vətəndaşın birindən 200 000, digərindən isə 189.000 manat pulu alıb və atıb. Babat puldi - az qala yarım milyon. Amma bu hələ hamısı deyil, Aytac xanım, Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsinə saxta sənəd düzəldib satıb. Nə isə, Aytac da ona göstərilən etimadı doğrultmadı... Bəs danışanda düzlük, doğruçuluq, YAP gənclərinin partiyaya sədaqətindən danışırdı? Bunlar niyə bir-bir belə çıxır? Özü də məsələn haker, quldur yox, məhz dələduz?".

Sualı tanınmış araşdırmaçı jurnalist Çingiz Sultansoyua məxsusdur.

 Bizim sual isə belədir: niyə dələduzların, korrupsionerlərin hamısı YAP-ın üzvü çıxır??? Axı YAP buna layiq deyil...

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN