Məlum olduğu kimi, dünən Gürcüstan hakimiyyəti Saakaşvilinin aclıq aksiyası ilə bağlı videogörüntülər yayıb... Tanınmış hüquqşünas Aslan İsmayılov bu videogörüntülərlə bağlı maraqlı status paylaşıb: "ABŞ və Avropadan ədalət gözləyənlərin diqqətinə. Dünən ürək ağrısı ilə Rusiyanın nökəri olan Gürcüstan hakimiyyətinin həbsxanadan paylaşdığı M.Saakaşvilinin 8 dəqiqəlik videosunu izlədim. Həmin videonu guya M.Saakaşvilinin aclıq etmədiyini, hər gün natural qida qəbul etdiyinə ictimaiyyəti inandırmaq üçün yayıblar. Görünən isə odur ki, M.Saakaşvili həqiqətən aclıq keçirir, həddindən artıq arıqlayıb və güclə hərəkət edir. Sadəcə, dünya demokratlarının və gürcü xalqının diqqətini cəlb etmək üçün ölüm anını maksimum uzadır. Bu cür davam edəcəyi təqdirdə onun həyatını itirməsi realdır və hakimiyyət də ağaları ilə birlikdə bunu arzulayır. Ömrünü Qərb demokratiyasının təbliğinə və həyatda reallaşmasına həsr edən şəxs həmin ikiüzlü demokratların gözü qarşısında öldürülür. Elə Azərbaycan “demokratları” da qrantlarını itirməmək üçün bu məsələni görməməzliyə vururlar. Hərçənd hamıya aydındır ki, prinsiplərdən başqa, bu məsələdə həm də 3 Qafqaz ölkəsinin müstəqilliyinin taleyi həll olunur. Qərb “demokratları” isə bəzilərindən istifadə edib ancaq öz iqtisadi maraqlarını təmin edirlər.
Ona görə də heç kimə yox, ancaq öz xalqına güvənib, onu maaarifləndirib normal cəmiyyət qurmaq olar..."
Sitatın sonu...
A.Məmmədli