...Gürcüstan müxalifəti Saakaşvili ilə bağlı qərraında israrlıdır. "Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi üçün hakimiyyətə 24 saat vaxt veririk". 24News.gexəbər verir ki, belə bir açıqlamanı "Vahid Milli Hərəkat"ın lideri Nika Melia edib. O, hökumətin bunu etməyəcəyi təqdirdə etirazların davam edəcəyini bildirib: "Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi üçün səlahiyyətlilərə 24 saat vaxt veririk. Bidzina İvanişvilinin 24 saat vaxtı var. Hakimiyyətdə olanlar sağlam düşüncəyə sahibdirsə, düzgün qərar qəbul etsinlər, əgər onlar 24 saat ərzində bunu etməsələr, biz bazar ertəsi, axşam 20:00-da azadlıq meydanına toplaşacağıq", - deyə Nika Melia bildirib.
Hakimiyyət isə hələki Saakaşvilinin aclıq aksiyası ilə bağlı yalan faktları ortaya qoymaqdadır...
A.Məmmədli