Bu gün Azərbaycanın həyatında önəmli hadisə baş verdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfər ediblər. Prezident və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.
Beləliklə, Azərbaycan tarixi bir hadisəyə şahidlik etdi... "Zəfər yolu" Ermənistanın başsız siyasətçilərinin ürəyinə dağ çəkən bir layihədir. Belə ki, Zəfər yolu Şuşaya gedən ilk magistral avtomobil yoludur. Tezliklə daha bir yolun- Bərdə-Bakı-Xankəndi-Şuşa yolunun açılışına şahidlik edəcəyik...
A.Məmmədli