...Gürcüstan müxalifəti sonuncu bələdiyyə seçkilərindən sonra dirəniş göstərməkdədir...

Belə ki, "Hökumət üçün verilən müddət bitdi - Noyabrın 8-də azadlıq zəfərini Azadlıq meydanından başlamalıyıq" deyən "Vahid Milli Hərakat" partiyasının lideri Nika Melia açıqlama verib. O, müxalifətin növbəti dəfə genişmiqyaslı aksiyasının vaxtını da açıqlayıb: “Sabah, noyabrın 8-i saat 20:00-da Azadlıq meydanından azadlığın qələbəsinə başlamalıyıq. Gürcüstan cəmiyyəti tarixdə heç vaxt məğlub olmayıb və yaxın gələcəkdə də olmayacaq. Biz həqiqət adına qalib gələcəyik. Mən gürcü vətənpərvərlərinə müraciət etmək istəyirəm. Hökumətə verilən müddət, bildiyiniz kimi, artıq başa çatıb və İvanişvili rejimi ölkənin üçüncü prezidenti Mixeil Saakaşvilinin ölüm hökmünü ləğv etməyib, onun icrasını başa çatdırmaq niyyətindədir. Mən öz adımdan və dostlarımın adından bəyan etmək və söz vermək istəyirəm ki, belə olmayacaq. Bu ölkənin ləyaqətini xilas edəcəyik. Bu gün Saakaşvilinin əsirlikdə olması Gürcüstanın tarixi yol ayrıcında olduğunun əyani nümunəsidir. Bu bizə deyir Qərb və ya Rusiya", - deyə Nika Melia bildirib. Müxalifət liderinin sözlərinə görə, onlar "oğurlanmış seçkilər və ələ keçirilən dövlətin qaytarılması üçün" mübarizə aparırlar.

Gürcüstanın baş naziri Qaribaşvili isə müxalifətin bu hədə-qorxusuna zarafatyana cavab verib: "Getsinlər..."

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN