Ukrayna Baş Prokurorunun Ofisi ilə əməkdaşlıq uğurla davam etdirilir. Belə ki, noyabrın 18-19 tarixlərində Ukrayna Baş Prokuroru Ofisinin təşəbbüsü ilə Kiyev şəhərində Kiber Təhlükəsizlik mövzusunda Beynəlxalq Forum təşkil edilmişdir. 

Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumatda bildirilir ki, 25 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi Forumda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev təmsil etmişlər. Tədbirdə kibertəhlükəsizlik, bu sahədə hazırki vəziyyət, gələcək meyllər, kibercinayətkırlıqla mübarizə sahəsində beynəlxalq və milli təcrübə, beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər ətrafında səmərəli müzakirələr aparılmış, ekspertlər forum iştirakçıları ilə öz təcrübələrini bölüşmüşlər. Beynəlxalq Forumda təqdimatla çıxış edən nümayəndəmiz tərəfindən ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq sahəsində həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi kimi digər cinayətlərlə yanaşı kibercinayətkarlıqla mübarizə, bu sahədə müşahidə olunan aktual aspektlər, milli qanunvericilik, onunla mübarizədə yeni imkanlar, çətinliklər və başqa məsələlər barədə iştirakçılara ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır. Səfər çərçivəsində Baş Prokurorluğun nümayəndə heyəti ilə Ukrayna Prokurorluğunun Elm-Tədris Mərkəzinin direktoru Olesia Otradnova arasında işgüzar görüş baş tutmuşdur.  Görüş zamanı həmçinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilmiş, hər iki ölkənin prokurorluq orqanları arasında elm-tədris sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılmışdır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN