Bu gün Beştəpədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

TRT-nin məlumatına görə, iclasda Azərbaycan-Ermənistan sərhədində baş verənlərin gündəmdə olacağı gözlənilir.

İclasda Suriya, Liviya, Aralıq dənizinin şərqindəki son vəziyyət müzakirə ediləcək. Həmçinin terrorla mübarizə də Nazirlər Kabinetinin gündəliyində olduğu bildirilir. Terror təşkilatları PKK/PYD, FETÖ və DEAŞ ilə mübarizədə əldə olunan son məqam qiymətləndiriləcək.

Müzakirələr həmçinin iqtisadi vəziyyət, koronavirusla mübarizə kimi məsələləri də əhatə edəcək. Görüşdən sonra prezident Ərdoğan alınan qərarlar barədə ictimaiyyətə açıqlama verəcək.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər isə yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi isə həmin təxribatçı hücumları zamanı 19 hərbçisinin itkin düşdüyünü, 6 nəfərin isə öldüyünü açıqlayıb.  

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN