...Qardaş Türkiyə hərbçilərinin Rusiya ilə birgə müşahidə missiyası davam edərkən ortaya maraqlı məqam çıxıb…

Belə ki, sosial mediada belə bir məluat yayılıb ki, DEVA partiyasının qurucularından olan və keçmiş zabit, hazırda elmi fəaliyyətlə məşğul olan Mətin Gürcan casusluq ittihamı ilə həbs edilib. Polisin çəkdiyi görüntülərdə onun İspaniya səfirliyindən olan bir şəxsə yazı verdiyi, əvəzində isə pul aldığı görünür. Gürcan isə polisdə dindirilərkən hamıya açıq olan informasiyalar əsasında strateji analiz  verdiyini və müqabilində pul aldığını deyib. İşə məhkəmədə daha ətraflı aydınlıq gətiriləcək.

Sosial media istifadəçisi Tural Cəfərov statusunda yazır ki, «Bir maraqlı məqam isə budur ki, amma ispan diplomatla Gürcan arasındakı söhbətin stenoqramması mətbuatda çap edilib. Burda Qarabağdan da söhbət gedir. Gürcan suala cavab olaraq Türk ordusunun meydanda mübarizə aparmadığını, qərargahda bir neçə zabitin Qarabağdakı prosesə dəstək verdiyini deyir… Bu cavaba diplomat “çox gözəl” deyə qarşılıq verir. Bundan əlavə, Gürcan rusların Ağdamdakı birgə Müşahidə Monitorinq mərkəzində türk zabitlərin  drondan istifadəsinə razılıq vermədiyini də bildirir. Ancaq əslində, bu belə deyil. Çünki Beynəlxalq Böhran Qrupunun hesabatında türk və rus dronlarının fevral ayından müşahidə apardığını deyir. Hesabatda rus zabit “Ermənilər informasiyalara inanırlar, çünki rus dronları var. Azərbaycanlılar da inanır, çünki türk dronları var” deyir.  Bundan başqa rusların hər iki tərəfi, türklərin isə ancaq Azərbaycan tərəfini məlumatlandırdığı da hesabatda qeyd edilir…».

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN