TİNGADER (Bütün İnternet Jurnalistləri və Jurnalistlər Dərnəyi) İstanbul Şöbə Başçısı Nihan Özdemir Türkiyədə 100 minə yaxın internet saytının olduğunu ifadə edərək,
“Onların təxminən yarısı pilləkənlərin altından yayımlanır. Qanun qəbul olunanda bunlar təmizlənəcəklər və jurnalist peşəsi nüfuz qazanacaq”.
Nihan Özdemir, mərasim üçün Ankaraya gəldiyini açıqlamasında, bu gün yazılı medianın çox oxunmadığını söylədi. Cəmiyyətin yüzdə 90-a yaxınının xəbərləri onlayn izlədiyinə diqqət çəkən TİNGADER İstanbul Şöbə Başçısı Özdemir belə davam etdi:
“Lakin hələ də internet jurnalistikası ilə bağlı qanun yoxdur. Xəbər portallarında çalışan jurnalistlərə 212 saylı qanunun tələb etdiyi kimi münasibət göstərilmir. Təəssüflər olsun ki, internet qanunu qəbul olunmadığı üçün öz işi ilə ciddi məşğul olan həmkarlarımız jurnalist sayılmır. Yenə də qanunun olmaması ucbatından peşə ilə heç bir əlaqəsi olmadığı halda özünü jurnalist kimi təqdim edən, jurnalist peşəsinə xələl gətirənlər də az deyil. Bu problemlərin aradan qaldırılması üçün internet qanunu ən qısa zamanda qəbul edilməlidir. TİNGADER olaraq imkan daxilində bu məsələni gündəmə gətiririk və bundan sonra da edəcəyik”.
TİNGADER Ailəsinə yeni qatılan Fadime Ünal, “Prezidentimiz Nihan xanımın təklifi ilə TİNGADER Ailəsinə qoşuldum və Ankara şöbəsində çalışacağam. Cənab prezidentimiz Nihan Özdemirə bu fürsətə görə təşəkkür edirəm. TINGADER-in böyüməsi və jurnalistika peşəsi ilə bağlı daha çox fəaliyyətlə məşğul olması üçün əlimdən gələni edəcəyəm”.