...Saakaşvilinin qalmaqallı məhkəməsinin davam etdiyi bir vaxtda o, Qori Hərbi Hospitalından azərbaycanlılara müraciət məktubu göndərib...

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu məktubu "Vahid Milli Hərəkat" partiyasının üzvü Rəfi Orucov şəxsi Facebook hesabında paylaşıb.
R. Orucov paylaşımında Mixeil Saakaşvilinin ünvanladığı məktubu olduğu kimi təqdim edib: "Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim.
Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm. Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heç kəs sizə haqsızlıq edə bilməyəcək. Sevgi və sayqılarla, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili".
Saakaşvilinin bu siyasi atmacalı məktubu Gürcüstanın siyasi hakimiyyətini ciddi şəkildə qıcıqlandırıb... Amma hələki rəsmi reaksiya yoxdur...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN