... Saakaşvili "Vahid Milli Hərəkat" partiyası tərəfindən 21 dekabrda keçirilməsi planlaşdırılan etiraz aksiyasından söz açıb.

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin sosial media hesabında paylaşım edilib. O, qeyd edib ki, bu aksiya onun üçün çox önəmlidir: "21 dekabr tarixində Nika Melia tərəfindən elan edilmiş etiraz aksiyası mənim üçün çox önəmlidir. Hazırda həlledici addımlar ölkə üçün, həmçinin mənim həyatımın xilası üçün çox vacib bir yoldur. Mən yaxşı görürəm ki, DTX inamsızlıq və vəziyyəti gərginləşdirmək üçün illüziya yaradır. Vahid Milli Hərəkata və Nika Meliaya qarşı hücumlar, sadəcə Bidzina İvanişvili və DTX üçün faydalı bir işdir. Onlar üçün, Vahid Milli Hərəkatın 1 milyonluq dəstəkçisi soyğunçu bandanın qaçınılmaz sonu demekdir. Buna görə də xahiş edirəm, vahid platformada kiçik və ya böyük aktiv vətəndaş qrupları ilə birlikdə dayanaq. Bu dəfə İvanişvilinin hiylələri işləməyəcək. Bizi çox aktiv və surprizlərlə dolu günlər gözləyir", - deyə Saakaşvilinin paylaşımında qeyd olunub.

Gürcüstan prezidenti isə jurnalistlərin Saakaşvili barədə sualına ironiyalı cavab verib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN