Nəhayət, Ermənistanın baş naziri ilk dəfə cəsarətli addım atmağa məcbur oldu...
Belə ki, Paşinyan “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədik”, deməklə tarixə düşdü. Hansı ki, Rusiya onu buna hələki razı sala bilməmişdi... Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində əlavə olaraq yazıb: “Müvafiq olaraq dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistanın dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxışı olacaq. Biz həmçinin təmasları davam etdirmək haqqında razılığa gəldik”, - deyə o vurğulayıb.
Xatırladaq ki, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Ermənistanın siyasi rəhbərliyi, nəhayət ki, Azərbaycanla əməkdaşlığa hazır olduğunu sübutlayan bir addım atdı...
A.Məmmədli