Qobustan Rayon İcra Hakimiyyətinin sabiq rəhbəri Rafiq Alışov uzun sürən xəstəlikdən sonra dekabrın 8-də dünyasını dəyişib. Onun təzyiqdən əziyyət çəkdiyi və bir müddət öncə infarkt keçirdiyi bildirilir.

Qeyd edək ki, Alışov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs olunub. Hökmə əsasən, o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rafiq Alışov Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) və 320-ci (Saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub. Səhhətindəki problemlərə görə 2017-ci ildə qəbul edilən amnistiya aktı çərçivəsində əfv olunaraq azadlığa buraxılıb. Xatırladaq ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Mərhumun 67 yaşı var idi.

Təəssüflər olsun, vəzifə həm də belə bəlalara gətirib çıxarır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN