"Sual yaranır! Nədən Marneuli və başqa merialarda illədir gənclərimiz lazımlı sayda işlə təmin olmurlar?!".
Bu sözləri "VMH"nın bələdiyyə deputatı Nərgiz Əliyeva qeyd edib. Onun sözlərinə görə, təhsil alan azərbaycanlı gənclərin 60%-dan çoxu işsizlikdən əziyyət çəkir: "2006-cı ildən başlayan təhsil reformaları sayəsində bu gün Gürcüstan azərbaycanlıları olan yeni bir gənc nəsil yetişib.Hazırda o illədən bu günə təxminən 60% çox gənc işsizlikdən əziyyət çəkir. Həmin gənclər, ali təhsili, dövlət dilini bilən, azərbaycanlıların sıx yaşadığı bölgələrdə yaşayanlardır. Sual yaranır! Nədən Marneuli və başqa merialarda illədir gənclərimiz lazımlı sayda işlə təmin olmurlar?! Marneulidə çalışanların bir hissəsi 1-2ci kurs tələbəsidir, bir neçəsinin isə adi diplomu yoxdur, nədən seçkilərdə namizəd olaraq gənclər təqdim edilmir, deyirsiniz müxalifətə getməyin, karyeranızı məhv etməyin, tamam, özünüz nədən yol açmırsınız?! Nədən bu gün məhsul işçilər hələdə yerli kadrlar deyil? Nədən bu gün təyin edilən üç müavindən biri etnik azərbaycanlı gənc olmadı? Nədən ümumiyyətlə gənclər görünmür? perspektivli gənclərin nədən səsi kəsilir, kitabı bağlanır, blok edilir? bunu nədən və kim edir? Mənim bacarıqlı, savadlı, bu ölkəyə faydası olan alim, hüquqşünas, siyasətçi, həkim, müəllim və s kimi yüksək peşəkarlıqla çalışa biləcək gəncim nədən bu gün Avropaya oxumağa, gəzməyə deyil, fəhlə işləməyə gedir!!!? Nədən savadsız, diplomsuz, təcrübəsiz, sadəcə bəzi məmurlara "like" atır, əl çalır deyə bu gün dövlət işində yüksək vəzifədədir. Bundan sonra biz çıxıb gənclər arasında təhsil alın, oxuyun deyəndə bəs bizim qarşımıza bu suallar qoyulanda nə deyək?? Nəyə etiraz edək, hansını birini deyək bilmirəm. Süni yaradılan əlavə lazımsız ştatlaramı, lazımsız xərclərəmi, özbaşnalığamı? Bu xalqın dəyərini bilmək lazımdır! Xatırlatma: Saakaşvilinin hakimiyyəti zamanında, hələ tələbə qəbulu buntu olmamışdan öncə, 1+4 proqramından öncə, ciddi kadr çatışmamazlıöından öncə! - parlamentdə sayımız daha çox idi - qubernator müavini vəzifəsi var idi -saqrebulo sədri, mer müavinləri və s azərbaycanlı idi - müxtəlif nazirliklərdə sıravi çalışanların içində azərbaycanlı vardı - prezidentin azərbaycanlı müşaviri vardı - nazir müavini azərbaycanlı vardı Bu gün kadr var imkan yoxdur! Nədən?! Yenə də niyə Mişa deyirsən deyəcəksiniz?", - deyə N. Əliyeva qeyd edib.
Bəli, həqiqətən də Saakaşvilinin hakimiyyəti zamanında iki ölkə arasında əlaqələr daha möhkəm və pperspektivli idi...
A.Məmmədli