ÇİN-lə ABŞ arasındakı soyuq müharibənin tarixi xeyli keçmişə gedib çıxır...
İndi bu müharibə iqtisadi müstəvidə davam edir. Elə ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Çinin siyasətləri səbəbindən ABŞ iqtisadiyyatının ildə 500 milyard ABŞ dolları itirdiyini açıqlayıb. O, bu barədə “Fox News”a müsahibəsində bildirib. Müsahibəsi zamanı Ağ Evin keçmiş rəhbəri ABŞ-ın hazırkı Prezidenti Cozef Baydeni dəfələrlə tənqid edib. Onun sözlərinə görə, C. Baydenin yeni növ koronavirus infeksiyasına qarşı mübarizəsi yetərli deyil: “Ancaq bilirsiniz ki, bu il mənim dövrümdən daha çox insan ölümü var. Ölkəmiz heç vaxt indiki kimi aşağı səviyyədə olmayıb, ölkəyə Çin, Rusiya, Şimali Koreya tərəfindən heç vaxt belə hörmətsizlik göstərilməyib. Heç vaxt belə vaxt olmayıb”, - deyə D. Tramp qeyd edib.
ABŞ-ın siyasi hakimiyyəti isə Trampın bu açıqlamasına hələki mövqe bildirməyib...
A.Məmmədli