Abxaziya diasporu fevralın 15-də Abxaziyada keçiriləcək prezident seçkiləri fonunda Rusiyada daha çox seçki məntəqəsinin açılmasını xahiş edir.

Tezadlar.az-ın məlumatına görə, diaspor nümayəndələri qeyd ediblər ki, çoxlu sayda Abxaziya vətəndaşı Rusiyada yaşayır, lakin onların heç də hamısı öz vətənlərinə qayıdıb səs verə bilmir. Diaspora abxazların qarşıdan gələn seçkilərdə öz hüquqlarından istifadə edə bilmələri üçün daha çox seçki məntəqələrinin açılmasını xahiş edib.

“Abxaziya vətəndaşlarının çox olduğu Rusiyada seçki məntəqələrinin yalnız Moskva və Çerkesskdə açılması planlaşdırılır”, - Sankt-Peterburq diasporunun nümayəndələri qeyd ediblər. Onların fikrincə, təkcə Sankt-Peterburqda deyil, Krasnodar və Soçidə də əlavə seçki məntəqələrinin açılması, orada yaşayan abxazların səsvermədə iştirakına şərait yaradılması məqsədəuyğun olardı.

Qeyd olunur ki, abxaz diasporunda pensiyaçılar, əlillər, eləcə də səhhətinə görə Abxaziyaya gedə bilməyən, lakin səs vermək istəyən digər vətəndaşlar var. Bundan əlavə, Rusiya Federasiyasında yaşayan abxazlar arasında, məsələn, Krasnodardan Çerkesskə və ya Moskvaya səyahət edə bilməyən çoxlu tələbələr var, - diaspor hesab edir.

Adıgey Abxaz Könüllüləri Birliyinin rəhbəri Kaplan Kuijev də Maykopda səsvermə məntəqələrinin təşkil edilməsini xahiş edib. “Adıgeydə yaşayan bir çox Abxaziya vətəndaşları öz ölkələrinin prezident seçkilərində birbaşa iştirak etmək istəyirlər, amma əminəm ki, onların hamısının səsvermə günlərində Abxaziyaya səfər etmək imkanı yoxdur”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN