NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna sərhədindəki son vəziyyəti açıqlayıb.
"TRT Haber” xəbər verir ki, o, rəsmi Moskvanın gərginliyin azaldılması istiqamətində hər hansı addım atdığının müşahidə etmədiklərini deyib.
“Əksinə, Rusiyanın Ukrayna sərhədindəki əsgərlərinin sayı artırılır”, - deyə o bildirib.
Qeyd edək ki, son günlər Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi barədə xəbərlər yayılır.
E.ŞİRİNOV