Artıq Ramiz Mehdiyevin istefası qəbul edildi və o, istirahətə göndərildi...
Bundan sonra isə AMEA-nın yeni prezidenti növbəti Ümumi Yığıncaqda seçiləcək. Bunu isə akademik Nizami Cəfərov deyib. Onun sözlərinə görə, seçkilər yaxın vaxtlarda keçiriləcək.
Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verib. Fevralın 19-da akademiyanın Ümumi Yığıncağı keçirilib. Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.
Kimin seçiləcəyi isə ciddi müzakirə mövzusu olaraq qalır...
A.Məmmədli