Ukrayna-Rusiya cəbhəsindəki vəziyyət dünyanın diqqət mərkəzindədir...

Bir tərəfdən ABŞ Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır, digər tərəfdən NATO Rusiyaya qoşunları təcili geri çəkməyə çağırıb... Vladimir Putin isə bu gün ehtiyatda olan vətəndaşların hərbi təlimlərə çağırılması haqqında fərman imzalayıb. Bu barədə "Ria Novosti" məlumat yayıb. Məlumata əsasən, ehtiyatda olan vətəndaşlar bir neçə qurumda təlim keçəcəklər: “Rusiya Federasiyasının ehtiyatda olan vətəndaşları Rusiya Federasiyası Silahlı Qüvvələrində, Milli Qvardiyanın qoşunlarında, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidmətində hərbi təlimlərə çağırılır”, - deyə sənəddə qeyd olunub. Sərəncamda o da bildirilir ki, Rusiya hökumətinə və müvafiq icra hakimiyyəti orqanlarına hərbi təlimlərin keçirilməsini təmin etmək tapşırılıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN