Rus hərbçilərinin Ukrayna ərazisinə soxulması bir daha dünyanın narahatlıqla izlədiyi hadisələrdir... Artıq Ukrayna hərbçiləri Sumı şəhərinin kənarında rus hərbçiləri ilə döyüşür... "Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiya ilə sərhədçilər Sumı yaxınlığında rus işğalçıları ilə toqquşub. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. "Ukrayna hərbçiləri vəziyyəti nəzarətdə saxlayır. Son məlumata görə, Rusiya Federasiyası Konotopdan hücuma keçib. Hücum dəf edilməkdədir...".
Hadisələr ciddiliyi ilə izlənilir. Əlavə məlumat veriləcək.
A.Məmmədli