Dünya Rusiyanı qınamaqda...
“Təəssüf ki, Avropa İttifaqı Rusiya-Ukrayna gərginliyində qətiyyətli davranmadı”. "Təzadlar" CNN-Türkiye-yə istinadla bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Ərdoğan deyib ki, boş yerə verilən nəshətlər heç bir nəticə verməyəcək: "Qərb təşkilatları yalnız nəsihət verirlər. Bu nəsihətlərlə nəticə əldə etmək mümkün deyil. Çoxlu məsləhət verən Qərb indi də yalnız danışır, əməli fəaliyyət yoxdur”.
R.T.Ərdoğanın sözlərinə görə, bu gün NATO-ya üzv olan ölkələrin liderlərinin iclası keçiriləcək: “Bu gün NATO liderləri toplanacaq. Bu iclasda onların mövqelərini görəcəyik. NATO daha qətiyyətli addım atmalıdır”, - deyə Ərdoğan bildirib.
Bəli, dünya görür ki, Ukrayna deyil, Rusiya həmlə edən tərəfdir. Məqsəd nədir? Bu suala Avropa cavab tapmalıdır...
A.Məmmədli