Ukraynanın paytaxtı müdafiə xəttini saxlamaqda davam edir: Kiyevdə rus qoşunları yoxdur, təxribat qruplarına qarşı mübarizə gedir.

bu barədə Kiyevin meri Kliçko videomüraciətində deyib:  "Dostlar! Hörmətli Kiyevlilər! Kiyev müdafiə xəttini saxlamaqda davam edir. Paytaxtda rus qoşunları yoxdur. Amma hərbçilərimiz, hüquq-mühafizə orqanlarının əməkdaşları, terboronlar təxribatçıları aşkar edib zərərsizləşdirməkdə davam edir".
Kliçko şənbə günü tətbiq edilən komendant saatının bazar ertəsi səhərə qədər davam edəcəyini xatırladıb.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN