Rusiyanın Ukraynaya qarşı məlum təcavüzü ona gətirdi ki, Avropa İttifaqının rəhbərliyi hərəkətə keçdi...

Belə ki, Ukrayna Avropa İttifaqına üzv edilir... Bunu “Euronews” telekanalına müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. Müxbirin Avropanın hər yerində on minlərlə insanın küçələrə çıxaraq Ukraynanın Avropa İttifaqına qəbul olunmasını tələb edərək ona dəstək ifadə etməsinə Aİ-nin necə reaksiya verməsi ilə bağlı sualına fon der Leyen belə deyib: "Ukrayna bizim tam həmrəyliyimizi istəyir və bunu görəcək. Ukrayna artıq bəzi proseslərə daxildir, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn, enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq, bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa İttifaqına görmək istəyirik”.

*** 

Xatırladırıq ki, Rusiyanın Ukraynaya hücumunun 5-ci günüdür. Rus qoşunları Kiyevi ələ keçirməyə cəhd etsə də, bunu hələki bacarmır... Bu gün isə Belorus yaxınlığında Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında atəşkəs razılaşması üçün danışıqlar olacaq. Bu dəqiqələrdə bunun başladığı xəbərləri var. "Təzadlar" Ukrayna KİV-lərinə istinadən bildirir ki, Putin diversantlara Zelenskini öldürməyi tapşırıb... Bu barədə isə Böyük Britaniyanın "The Times" nəşri yazıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN