Prezident Vladimir Zelenski Ukraynanın xüsusi prosedurlarla üzvlüyü ilə bağlı Avropa İttifaqına müraciət edib.

Bu barədə Prezidentin videomüraciətində deyilir: “Avropalılar bilirlər ki, bizim əsgərlər dövlətimiz üçün, deməli, bütün Avropa üçün vuruşur. Bütün Aİ ölkələri üçün sülh, uşaqların həyatı, bərabərlik, demokratiya üçün və bu, bizə aşağıdakıları etmək hüququ verir. Biz yeni xüsusi prosedur üçün Ukraynanın dərhal qoşulması üçün Avropa İttifaqına müraciət edirik”.
 Prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşlarına minnətdardır, lakin bizim məqsədimiz “bərabər əsasda birlikdə olmaqdır”.
Zelenski ukraynalıların buna layiq olduğuna inanır: “Əminəm ki, bu, ədalətlidir, əminəm ki, biz buna layiqik, əminəm ki, hər şey mümkündür”.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN