Dünyanın hər yerindən Ukraynaya könüllü olaraq döyüşməyə gələnlərin sayı artmaqdadır...

Belə ki, 3000 amerikalı veteran da Ukrayna uğrunda döyüşmək üçün könüllü olaraq döyüş bölgəsində gəlməyə hazırlaşır.. Bu barədə "Amerikanın Səsi" Ukraynanın Vaşinqtondakı səfirliyinin nümayəndəsinə istinadən xəbər yayıb: "3 min amerikalı könüllü Ukraynanın Rusiyanın işğalçı qüvvələrinə qarşı kömək edəcək beynəlxalq batalyona qoşulmaq çağırışına cavab verib. Onlar əsasən Gürcüstan və Belarus kimi postsovet ölkələrindən gəlirlər. Amma arzu edənlər arasında İraq, Bosniya və digər qaynar nöqtələrdə döyüşmüş amerikalılar da var".

Xatırladırıq ki, Prezident Vladimir Zelenski yeni bölmənin - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionunun yaradılmasını elan etmişdir və orada ukraynalılarla birlikdə rus işğalçılarını dəf etməyə hazır olan əcnəbilərdən ibarət döyüşçülər də olacaq. Ukrayna Beynəlxalq Müdafiə Legionuna qoşulmaq istəyən xarici ölkələrin vətəndaşları üçün isə bütün lazımi məlumatları özündə əks etdirən internet saytı fəaliyyətə başlayıb.

 Bu arada ABŞ və Polşa qırıcı döyüş təyyarələrinin Ukraynaya verilməsini müzakirə edirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN