Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri Belovejskaya Puşçada danışıqların üçüncü raunduna başlayıblar.
"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Rusiyanın Belarusdakı səfirliyinin müşaviri Mixail Podolyak bildirib ki, səfirlik danışıqların üçüncü mərhələsinin başlandığını elan edib.
Xatırladırıq ki, danışıqlar bir neçə dəqiqədir başlayıb.
Onu da deyək ki, martın 3-də bildirilmişdi ki, Rusiya və Ukrayna nümayəndələri danışıqların ikinci raundu zamanı ən şiddətli döyüşlərin getdiyi yerlərdən mülki əhalinin təxliyyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair “anlaşmaya nail olublar”. Amma təəssüflər olsun ki, Rusiya “yaşıl dəhlizlər” üçün sükut rejimini və humanitar yüklərin girişini təmin etməyiblər. Digər tərəfdən, atışmalardan ən çox zərər çəkən şəhərlərin mülki əhalisinin “Belarus və Rusiya Federasiyasına təxliyəsinə” kömək edə biləcəklərini bildirsələr də, buna da əməl olunmamışdır.
Hazırda Kiyev ətrafında və Odessada Rusiya tərəfindən atılan raketlərin dağıntıları davam etməkdədir.
A.Məmmədli