...Dünya ölkələrinin Ukraynanın Rusiya hərbi qüvvələri tərəfindən təcavüzə məruz qalmasından ciddi narahatlığı ortadadır...
Bu gün Rusiya-Ukrayna nümayəndə heyətlərinin 3-cü görüşü isə hazırda davam edir. Lakin Ukrayna mediasının yazdığına görə, rus qoşunları Kiyevin 16-25 km-dək gəlib. Kiyev isə Qladiator döyüşünə hazırlaşır. Belə ki, şəhərin bütün küçələrində barikadalar qurulub, mülki insanlar və hərbçilər paytaxtı son nəfəsinə kimi qorumaq üçün küçə döyüşlərinə hazırlaşır.
Onu da qeyd edək ki, Böyük Britaniyadan çoxsaylı ehtiyatda olan dəniz piyadaları Rusiyaya qarşı döyüşmək üçün Kiyevə gəlib. Həmçinin başqa ölkələrdən də könüllülər Kiyevə axışır.
Bu arada, dünya mediası yazıb ki, Rusiya da Suriyadan muzdlu döyüşçüləri Ukraynaya qarşı döyüşmək üçün dəvət edib. Muzdlulara 300 dollar maaş vəd edilib... Həmçinin çeçen muzdluların da Rusiyanın tərəfindən döyüşmək üçün Ukraynaya gəldiyi elan edilib.
A.Məmmədli