Rus ordusunun təsəvvür edilməz dərəcədə zəif Ukrayna ordusu qarşısındakı zəif durumu geniş müzakirə mövzusudur...
Ukrayna Təhlükəsizlik Xidməti əsir düşən rus hərbçilərindən birinin ifadəsini dərc edərək, onun Ukraynadakı müharibəyə getdiyini təsdiqləyən etiraflarını ictimailəşdirib. Belə ki, əsir düşən taqım komandiri deyir: "Şəhəri tutmaq, bütün əsas yolları tutmaq, mülki əhalinin kənara çıxışlarını bağlamaq və Xarkovu işğal etmək əmri var idi. Həmçinin mülki əhaliyə və şəhərin bütün sakinlərinə atəş açmağa icazə verilmişdi".
Əsir düşən komandirin ifadəsinə görə, işğalçılara Xarkovu tutmaq üçün üç gün vaxt verilibmiş. Maraqlıdır ki, Ukrayna əsgərlərinin səyləri sayəsində bütöv bir taqım işğalçıdan yalnız videodakı bu zabit və əsgərlərdən cəmi biri sağ qalıb, qalanları məhv edilib. “Hazırda düşmən hərbçilərə verilən bütün tapşırıqlar Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri və əks-kəşfiyyatçıları tərəfindən öyrənilir və sənədləşdirilir...", -deyə məlumatda bildirilir.
Bizim Oleq Kuznetsov isə deyir ki, niyə Ukrayna mediasına istinad edirsiniz... Gülməli deyil?!
A.Məmmədli