Rusiya ordusunun gözlənildiyinin əksinə olaraq Ukraynada ağır məğlubiyyətləri və planlaşdırılan əməliyyatlardan yayınması rəsmi Kremli düşünməyə vadar etməkdədir...
Elə Bellingcat-ın araşdırmaçı jurnalisti Christo Grozev logistikanı Rusiya ordusunun ən zəif tərəfi hesab edir. "Mən tamamilə razıyam ki, Ukrayna ərazisinə insan resursu deyil, ötürülən digər təchizat ehtiyatları - bura benzin, raketlər, döyüş sursatları daxildir, 7-8 gün davam edəcək müharibə üçün nəzərdə tutulmuşdu. İndi real boşluqlar ortadadır... Rusiya ordusunun ən zəif tərəfi maddi-texniki təchizatdır, bunu hamı bilirdi və indi biz bunu aydın şəkildə görürük. Gözləyirəm ki, sabah və ya o biri gün mövcud vasitələrlə, daha az uzaqmənzilli raketlərlə 120-130 km-dən atəş aça bilən yeni cəhdlər olacaq, bu cəhdlər Sumıda, Xarkovda təkrarlana bilər... Amma mən həm də gözləyirəm ki, burada sürpriz olacaq”.
Qrozev vurğulayıb ki, bu “boşluqlar” getdikcə daha çox olacaq, çünki Ukraynanın hər tərəfinə çox səpələnmiş rus qoşunlarının yerləşdiyi yerlərə tankların gətirilməsi demək olar ki, mümkün deyil. Eyni zamanda, o, yaxın günlərdə Rusiyanın Ukrayna şəhərlərinə raketlərlə yeni hücumlarını istisna etməyib, lakin ruslar orada “sürpriz”lə qarşılaşacaq...
***
Bəli, Rusiya ordusu barədə uzun illərdən bəri formalaşmış mif Ukrayna cəbhəsində heç olub getdi. Putinin əsəbi vəziyyəti də bununla bağlıdır. Bu mifin dağılması Rusiyanın hərb tarixində ən böyük uğursuzluğu sayıla bilər.
A.Məmmədli