"Rusiya Xarici İşlər Nazirliyi əmin edir ki, müharibənin məqsədlərinə Ukraynada mövcud hökumətin devrilməsi daxil deyildir..."
"Təzadlar" Rusiya KİV-lərinə istinadla bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün brifinq zamanı “İnterfaks” açıqlamasında belə deyib.
“Rusiyanın bu müharibədəki vəzifələrinə nə Ukraynanın işğalı, nə onun dövlətçiliyinin məhv edilməsi, nə də mövcud hakimiyyətin devrilməsi daxildir.
Bu, həm də mülki şəxslərə qarşı yönəlməyib...".
Xatırladırıq ki, Ukrayna hakimiyyətinin rus ordusuna sədaqətsizliyi və Donbası təslim etməkdən imtina etməsi Kremlin hücumunun səbəblərindən biridir. Rusiya prezidenti Vladimir Putin Ukrayna rəhbərliyini “narkomanların və neonasistlərin dəstəsi”, müharibəni isə “denazifikasiya” adlandırıb.
Bir neçə günlük müharibədən sonra uğur qazanmadığını görən Rusiya rəhbərliyi tələblərini dəyişməyə başladı.
Bəli, şübhələr var ki, Putini ətrafı onu əməllicə "işə" saldı və Ukrayna üzərinə ədalətsiz hücuma keçməsinə təhrik etdilər.
A.Məmmədli