Nəhayət, ABŞ prezidenti Co Bayden əmin edib ki, ölkəsi Ukraynanı müdafiə üçün silahla təmin edəcək
və ukraynalı qaçqınları isə qəbul etməyə hazırdır. Bu barədə Bayden özünün Twitter səhifəsində yazıb. Bayden deyib: “Biz tam əmin olacağıq ki, Ukraynanın Rusiya qüvvələrinə qarşı müdafiəsi üçün ən müasir silahları var... Biz ukraynalıların həyatını xilas etmək üçün pul, ərzaq və yardım göndərəcəyik”.
Bundan əlavə, Amerika lideri Ukraynadan ABŞ-a gələcək qaçqınların da qəbulunu təmin edəcəyini vəd edir. “Ukraynalı qaçqınları qucaq açıb qarşılayacağıq”.
Xatırladaq ki, hazırda Amerika bir çox Avropa ölkələrindən fərqli olaraq Ukraynadan olan qaçqınları qəbul etmir. ABŞ Baydenin Avropa liderləri ilə Ukraynadakı müharibəni müzakirə etmək üçün Avropa səfərinə hazırlıq görür.
Ukrayna prezidenti Zelinski isə ABŞ və Avropa ölkələrindən Ukraynanın hava məkanını Rusiya hərbi hava qüvvələrindən qorumağı dəfələrlə xahiş edib. Lakin hələki bu xahiş nəzərə alınmır. Guya belə olarsa, həmin ölkələr Rusiya ilə müharibəyə girmiş olacaqlar və s.
A.Məmmədli