Ukraynada əsir götürülən rusiyalı çağırışçılar hərbi rəhbərliyin onları aldadaraq Ukrayna ilə müharibəyə cəlb etdiyini, Rusiyanın cinayəti Vladimir Putinin istəyi ilə törətdiyini və onun tez bir zamanda qoşunların Ukraynadan çıxarılması əmrini verməli olduğunu bildiriblər.

"Təzadlar" CNN-TÜRK-ə istinadla bildirir ki, bu gün-14 mart  tarixdə keçirilən mətbuat konfransında əsir götürülmüş beş rusiyalı çağırışçı belə deyib. ruslar Aleksandr Morozov (23.06.2021-ci il təvəllüdlü), Nikolay Polşçikov (2001-ci il təvəllüdlü, 30.06.2021-ci il tarixdən çağırışçı), Anton Savin (2002-ci il təvəllüdlü, 22.06.2021-ci il tarixdən çağırışçı) , Neyaz Akhu (2002-ci il təvəllüdlü, 21.06.2021-ci il tarixindən çağırışçı), Andrey Pozdeev (2003-cü il təvəllüdlü, 23.06.2021-ci ildən çağırışçı) Ukrayna ərazisinə necə çatdıqları barədə danışıblar: Çağırışçı Aleksandr Morozov deyib: "Bizə dedilər ki, Rusiya ərazisindəki tarlalarda təlimlər olacaq. Bizi aldatdılar. Ukrayna ərazisində isə yüzlərlə çağırışçı var idi..."
 Morozovun sözlərinə görə, gənc oğlanları Sumi bölgəsindəki Romninin yanına atıblar və onlara nəzarət məntəqəsi yaratmağı tapşırıblar. Yemək günlərlə gecikirdi, iyrənc idi, yoldakı texnikalarımız isə tez-tez xarab olurdu. Morozov deyib ki, Ukrayna Silahlı Qüvvələri “bizim kolonnalarımızı dağıdıb, bizim tərəfimizdən çoxlu itkilər var”.

Bunlar iki qonşu ölkəyə yaraşmayan mənzərədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN