"Hal-hazırda Rusiyanın taleyi həll olunur, o, öz suverenliyinin təmin edilməsi məsələlərində heç vaxt geri çəkilməyəcək".

Məlumata görə, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Təhsil və Elm Nazirliyində tarix təhsili üzrə ekspert şurasında çıxışında bildirib.

"Ölkəmiz indi həqiqətən tarixi anı yaşayır. Rusiyanın taleyi, onun dünyada gələcək yeri həll olunur", - deyə Narışkin vurğulayıb.

Onun fikrincə, unutmaq olmaz ki, Rusiyanın inkişafının əsas amili, onun minillik tarixinin özəyi suverenlik – müstəqil, azad və şüurlu şəkildə öz müqəddəratını təyin etmək hüququ olub və qalır: "Suverenlik vətəndaşlarımızın rifahının və ləyaqətinin təminatıdır, bu, övladlarımızın gələcəyidir. Belə məsələlərdə Rusiya heç vaxt geri çəkilməyib və geri çəkilməyəcək, çünki əks halda o, Rusiya olmayacaq".

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN