“Biz Rusiyanın geniş miqyaslı müharibə istiqamətində böyük hazırlıqlar aparması barədə sizi xəbərdar edirdik. Biz sizdən soruşurduq ki, Ukrayna NATO-ya qoşulmaq üçün nə etməlidir? Lakin bizə cavab verilmirdi və deyilirdi ki, bu, mümkün deyil”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Bundestaqında videoformatda çıxışı zamanı deyib.

O bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması bir başqa məsələdir: “Mən başa düşürəm ki, bu siyasətdir, lakin bu, həm də prinsiplərin özəyidir. Biz sizdən, Almaniya Bundestaqından xahiş etdik ki, müharibənin qarşısını almaq üçün hərəkət edin, sanksiyalar tətbiq edin. Lakin biz gecikmə ilə üzləşdik. Siz Rusiya ilə biznesə davam etdiniz.

Biz xəbərdarlıq edirdik ki, “Şimal axını -2” silahdır. Cavabı isə belə olurdu ki, bu iqtisadiyyatdır, biznesdir”, - Ukrayna Prezidenti qeyd edib.

Vladimir Zelenski alman deputatlara müraciətində açıq şəkildə Holokosta istinad edib: “Hər il siyasətçilər “bir daha heç vaxt” deyirlər. İndi görürəm ki, bu sözlərin heç bir dəyəri yoxdur. Avropada bir xalq məhv edilir”.
Ukrayna dövlət başçısı videomüraciətində Almaniyanı Rusiyanın Avropada ucaltdığı yeni “divar”ı dağıtmağa kömək etməyə çağırıb: “Bu, Berlin divarı deyil. Bu, Mərkəzi Avropada azadlıq və əsarət arasındakı divardır və bu divar Ukraynaya atılan hər bomba ilə daha da böyüyür”.

O, Almaniya Kansleri Olaf Şoltsa ABŞ-ın sabiq Prezidenti Ronald Reyqanın məşhur Berlin Divarı Nitqini xatırladıb.

“Cənab Şolts, bu divarı sökün!”, - Zelenski bəyan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN