Müharibə başlayandan bəri Ukraynada 7 rus generalı həlak olub, ölənlərin sonuncusu general-leytenant Yakov Rezantsev ən yüksək rütbəli zabit olub.

"Təzadlar" BBC-yə istinadla bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatlarında və hərbi mütəxəssislərin rəyində belə deyilir. Mütəxəssislər deyirlər ki, rus qoşunlarının aşağı əhval-ruhiyyəsi məhz yüksək rütbəli zabitləri cəbhə xəttinə yaxınlaşmağa məcbur edib. BBC-nin təhlükəsizlik müxbiri Frank Qardner bildirib ki, generalların ölümü irəli gedə bilməyən qoşunların vəziyyətini cəbhəyə ən yaxın məsafədən izləmək məqsədi nəticəsində baş verə bilər.
Rusiya hərbi doktrinası aşağı və orta səviyyələr arasında təşəbbüskarlığa demək olar ki, imkan vermir, kiçik rütbəlilər isə həmişə yuxarıdan əmr gözləyir.
Britaniya ordusunun təqaüdə çıxmış bir zabiti isə rus generalların ölümündə həm də Ukraynanın “Rusiya komandanlıq strukturlarını zəiflədə biləcək peşəkar snayper komandasının” xəbər verir.

Bu gün martın 27-nə olan məlumata görə, Ukraynada öldürülən Rusiya Federasiyasının ali zabitlərinin yeddi nümayəndəsi, o cümlədən general-mayor və general-leytenantlar: Andrey Suxovetski, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Mordviçev, Maqomed Tuşayev, Oleq Mityaev və Yak Rezantsevdir.
General-leytenant və Rusiyanın 49-cu ordusunun komandanı Yakov Rezantsev martın 25-də Xerson yaxınlığındakı Çernobaevkada öldürülüb.

 A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN