booked.netbooked.net booked.net  

Budapeştdə Rusiyanın İkinci Dünya Müharibəsindən bəri Avropanın bilmədiyi vəhşilik nümayiş etdirdiyi Mariupolda həlak olanların xatirəsinə həsr olunmuş aksiya keçirilib. 

"Təzadlar" Macarıstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Naziri Dmitri Kuleba Facebook-da paylaşımında deyib. Belə ki, Budapeştdə aksiya nasistlər tərəfindən amansızcasına məhv edilən macar yəhudilərinin xatirəsini yad edən "Dunay sahilindəki ayaqqabılar" memorialının yaxınlığında baş tutub. Öldürməzdən əvvəl insanları ayaqqabılarını çıxarmağa məcbur ediliblər. Martın 27-də bürünc heykəlin yanında 300 cüt köhnəlmiş ayaqqabı peyda olub. Bu aksiya Rusiya hava bombası ilə Mariupolun mərkəzindəki Dram Teatrındakı bombadan qorunma sığınacağına yığılmış, lakin raket zərbəsi ilə öldürülmüş 300 qadın, uşaq və qocanın xatirəsinə həsr edilmişdir.

Kulebanın sözlərinə görə, bu aksiya üçün fəallar prezident Vladimir Zelenskinin çıxışından ilhamlanıb. Bir neçə gün əvvəl o, Aİ sammitində çıxışında bu qan donduran hadisəni xatırladıb. O, başa düşməyə çağırıb ki, rusların indi, 21-ci əsrdə Mariupoldakı vəhşilikləri 1944-1945-ci illərdə nasistlərin Budapeştdə törətdikləri vəhşiliklərdən heç də fərqlənmir. Kulebanın çıxışından sitat: "Ukraynanın dünyaya mesajı sadədir. Avropa liderləri ildən-ilə "Bir daha heç vaxt" ifadəsini təkrarlayırlar. Amma tarix artıq təkrarlanır, elə indi, gözümüzün qabağında hər şey təkrarlanır. Ona görə də indi simpatiya göstərmək kifayət deyil, bunu sübut etmək lazımdır, özü  də konkret əməllərlə. Bunun üçün biz tərəfdaşları çağırırıq: daha da sərt sanksiyalar tətbiq edin, Ukraynaya bütün lazımi silahları verin, Rusiyanı daha da dərin təcrid vəziyyətinə salın, qələbəmizə qədər hər sahədə Ukraynanı dəstəkləyin”.
Xatırladaq ki, Mariupol şəhərində Rusiya təyyarəsinin Mariupol Dram Teatrını bombalaması nəticəsində 300-ə yaxın dinc insan həlak olub.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN